burnu ovulmaq

to have got according to one’s deserts / to rub someone’s nose in the dirt (to be punished) получить по заслугам
burnu qarnına dəyir
burnu yer süpürmək
OBASTAN VİKİ
Debelyanov burnu
Debelyanov burnu (bolq. Дебелянов нос, ‘Debelyanov Nos’ \de-be-'lya-nov 'nos\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimal-qərbdə yerləşən qayalardan ibarət burundur. Burun Mikalvi buxtasından şimal-qərbdə yerləşmişdir. Burun Bolqarıstan yazıçısı olan Dimço Debelyanovun (1887–1916) adını daşıyır. Burun Neqra burnundan 2.8 km şimal-qərbdə, Fort Vilyam burnundan 3.81 km cənub-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005.
Dejnyov burnu
Dejnyov burnu (esx/Тугнехалха) — Rusiyanın və Çukot yarımadasının, Asiya qitəsinin, Avrasiya materikinin ucqar şərq nöqtəsi. Burun dənizdən əhatələnmiş və hündürlüyü 740 metrə çata dağlıq massivə malikdir. Sahilləri hündürdür. Dejnyov burnu Berinq boğazının suları ilə yuyulur. Burada Şimal Buzlu okeana daxil olan Çukot dənizi ilə Sakit okeana daxil Berinq dənizi birləşir. Dejnyov burnu ilə Şimali Amerika ucqar qərb nöqtəsi olan Şahzadə Uels burnu arasında məsafə 86 km təşkil edir. Burun tarixən Beringiya bərzəxinin bir hissəsi olmuşdur. Sonradan suyun qalxması nəticəsində ərazidə boğa əmələ gəlmişdir. Materikin şərq hissəsi Şimal buzlu okeanın təsirinə məruz qalır. Arktik iqlim ilin böyük qismi öz hakim olur.
Disilitsa burnu
Disilitsa burnu (bolq. нос Дисилица, ‘Nos Disilitsa’ \'nos di-'si-li-tsa\) — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən cənubda yerləşən burundur. Burun Bolbabriya buxtasından cənubda, Vapa buxtasından şimalda yerləşmişdir. Burun Bolqarıstanda yerləşən Pirin dağındakı Disilitsa zirvəsinin adını daşıyır. Polejan burnundan 1.65 km şimal-şərqdə, Bebreş burnundan 5.9 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978.
Divotino burnu
Divotino burnu (bolq. нос Дивотино, ‘Nos Divotino’ \'nos di-'vo-ti-no\) — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-şərqdə, Alfatar yarımadasında yerləşən buzlaqlardan azad olan burundur. Burun Mitçell buxtasından 200 m aralıda, Debelyanov burnundan 2 km şimal-şərqdə, Neqra burnundan 3.35 km şimal-qərbdə yerləşmişdir. Burun qərbi Bolqarıstanda yerləşən Divotino şəhərinin adını daşıyır. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Dondra burnu
Dondra burnu (tam. தேவேந்திரமுனை, ing. Dondra Head) — Şri-Lanka adasının cənub qutaracağı. Burundan bir qədər aralıda Dondra şəhəri yerləşir.
Doob burnu
Doob — Qara dəniz sahillərində, Semesskaya buxtasının cənub-şərqində yerləşir. Navaqir silsiləsinin buxtanın daxilinə uzanan hissəsidir. Burun yaxınlığında Kabardinka kəndi yerləşir. 31 avqust 1986-cı ildə Doob burnunda «Admiral Naximov» gəmisi toqquşma nəticəsində batmışdır.
Edvards burnu
Edvards burnu — Antarktidanın Cənubi Şetland adalarının Kermen yarımadasının Robert adası sahillərindən cənubda yerləşən qayalardan ibarət burundur. Burun İngilis boğazından cənub-şərqdə, Devesil körfəzindən qərbdə, Mikalvi buxtasından cənub-şərqdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Burun 1930-cu illər ərzində Britaniya Admiral Hidroqrafiya Ofisinda çertyojçu kimi çalışan Viktor Edvardsın adını daşıyır. Edvards burnu 62°27′46″ c. e. 59°29′57″ q. u. koordinatlarında yerləşmişdir. Qrinviç adasındakı Santa Kruz burnundan 5.04 km şimal-şərqdə, Robert burnundan 6.14 km cənub-qərbdə, Beron burnundan 4.57 km cənub-şərqdə yerləşmişdir.
Enmıtaqın burnu
Enmıtaqın burnu (çuk. Энмытагэн) — İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisində yerləşir. Sahillərini Şərqi Sibir dənizinin suları yuyur. Çukot dilindən tərcümədə "Qayanın sonu" mənasını verir. İlk dəfə 1824-cü ildə Ferdinant Vrangel tərəfindən xəritəyə salınsada səhvən Yakan burnu bilmişlər. Halbuki Yakan burnu ondan kifayət qədər cənub-şərqdə yerləşir.
Esteverena burnu
Esterevena burnu — Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən 700 m qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Boyd boğazından qərbdə yerləşmişdir. Burun Argentina tərəfindən adlandırılmışdır. Byevoter burnundan 2.89 km cənub-qərbdə, Konvey burnundan 9.08 km şimal-qərbdə, Monroye burnundan 4.1 km şimal-qərbdə, Smit burnundan 40.64 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Evans burnu
Evans burnu (ing. Cape Ewans) — Mak-Medro boğazında, Ross adasının qərb sahilərində yerləşən burun. Burun qayalıqdan ibarətdir və şimal hissəsində Erebus buxtası yerləşir. Burun ilk dəfə 1901-1904-cü illər təşkil olunmuş «Diskaveri» ekspedisiyası zamanı Robert Skott tərəfindən Skuary burnu olaraq adlandırılmışdır. Skottun ikinci «Terra Nova» (1910—1913) ekspedisiyası zamanı isə burunun adı Kral donanmasının leytenantı Edvard evansın şərəfinə adlandırılmışdır. Burun Robert Skottun ikinci ekspedisiyası zamanı qərargah olmuşdur. Bu baza 1914—1917-ci illər Ernest Şekltonun rəhbərlik etdiyi Britanoiyanın Transantartika ekspedisiyası zamanı istifadə edilmişdir.Tikili hal-hazırda da qalır və Skott daxması (ing. Scott's Hut) adlanır 1987 - 1992-ci illər ərzində Beynəlxalq Qeryi-Hökumət ekologiya təşkilatı olan Qrinpisə aid Dünya Okeanı vbazası fəaliyyət göstərmişdir. Evans burnu insanın Antrakridada ilk addımları baxımından olduqca əhəmiyyətli ərazidir. Bu səbəbdən bölgə 1997-ci ildə Antraktidanın xüsusi qorunan ərazisi elan edilmişdir.
Evpatoriyski burnu
Evpatoriyski burnu (ukr. Євпаторійський) — Krımın qərbində, Evpatoriya şəhər sovetliyi ərazisində yerləşən burun. Qara dənizə daxil olan Kalamit körfəzi sahilindədir. Sahilləri akkumulyativ tipə sahibdir. Burun şomal-qərbdən Kalamit körfəzi ilə əhatələnir. Burada eyni adlı mayak vardır. İctimai çimərliklərə sahibdir. Дмитрий Тарасенко — Весь Западный Крым: история, природа, культура, туристические маршруты. Бизнес-Информ, 2008, 406 с.
Farvel burnu
Farvel burnu (dan. Kap Farvel) və ya Umanarssuak burnu (qren. Uummannarsuaq) — Qrenlandiyanın ucqar cənub nöqtəsi. burun Eqqers adasında yerləşir. 2009-cu ildən kuyalek inzibati vahidliyinə daxildir. Burun İkinci Dünya müharibəsi zamanı çoxlu sayda sualtı qayığın batırıldığı yer kimi tarixə düşmüşdür. burun öz növbəsində hündürlüyü 800 metr olan bir zirvədir.
Finisterre burnu
Finisterre burnu (ing. Cape Finisterre, isp. Cabo Finisterre, qalis. Cabo Fisterra) — İspaniyanın Atlantik okeanı sahillərində yerləşən burun. Bəzən Finisterre burnunu İspaniyanın materikdə yerləşən ən ucqar qərb nöqtəsi hesab edirlər. Ancaq burundan da qərbdə yerləşən ərazilər vardır. Burunun adı latıncadan lat. Finis terrae tərcümədə «dünyanın sonu» anlamını verir. Burunun ən hündür nöqtəsi «Monte Facho» dağıdıər. Dağın hündürlüyü 238 metrdir.
Fliqeli burnu
Fliqeli burnu — Rudolf adasının ucqar şimak-şərq nöqtəsidir. Burun Frans-İosif Torpağına daxil olan adada yerləşir (Rusiya, Arxangelsk). Burun istər Rusiya və Avropa istərsə Avrasiyanın adada yerləşən ucqar nöqtəsi hesab edilir. Burun avstriyalı kartoqraf Avqust fon Fliqelinin şərəfinə adlandırılır (1811—1879). İlk dəfə 12 aprel 1874 ildə «Teqetrof» gəmisində aşkarlanmışdır. Burunda olan ilk insanlar matros Antoniyo Zaninoviç, miçman Eduard Orel və ekspedisiya rəhbərlərindən biri olan Yolius Payer olmuşdur. 2003-ci ildə burunda 300 kq-lıq xaç abidəsi qoyulmuşdur.
Flissinqski burnu
Flissinqski burnu — Avropanın ən ucqar şərq nöqtəsidir. Şimal adasının şimal-şərqində yerləşir. Burunun hündürlüyü 28 metr təşkil edir. Burun Avariynı körfəzini və Andromed buxtasını bir-birindən ayırır. Burundan bir qərən cənubda dənizə Andromed çayı tökülür. Şimal hissəsində adanın ən iri çayı olan Ovrajitaya çayı tökülür. Burun ilk dəfə Villem Barensin ekspedisiyası tərəfindən 1596-cı ildə aşkarlanır və xəritəyə salınır. Burun Hollandiya şəhəri olan Flissinq şəhərinin şərəfinə adlandırılır. 1596 ilin sentyabrında ekspedisiya gəmisi sahildə buzlara sıxılaraq və bu səbəbdən onlar sahildə qışlamalı olurlar. Onlar qışı suiti və ağ ayı ovlamaqla keçirirlər.
Flora burnu
Flora burnu — Frans-İosif Torpağına daxil olan Yuri Kuçiyev adasının cənub-qərbində yerləşir. Yuri Kuçiyev adası Nortbruk adasının cənub-qərb hissəsindən ayrılması nəticəsində əmələ gəlmişdir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Burun arxipelaqın cənubunda yerləşir. Yay ayları tamamən buzdan azad olması səbəbindən bir çox qütb ekspedisiyalarının əsas sahilə yan alma ərazisidir. Burnun ərazisi qərbdən şərqə doğru uzanır. Sahildən quruya doğru əsasən gil və qumdan ibarətdir. Şimal hissədə yerləşən zirvədə daş kömür vardır. Sahil hissədə dərinlik 20 metrdir. Ərazisi əsasən mamırla örtülüdür.
Florens burnu
Florens burnu (rus. Флоренс (мыс), ing. Florescence) — Çukot Muxtar Dairəsinə daxil olan Vrangel adasının qərbində yerləşir. Şərqi Sibir dənizinə tökülən Qusinaya çayının mənsəbinə yaxın ərazidə yerləşir. Burundan cənubda Kmo gölü yerləşir. Amerikalı kapitan Berri tərəfindən 1881-ci ildə (ing. florescence) adada olarkən burnun çiçəklərlə örtülməsi səbəbi ilə "Çiçəklənən" olaraq adlandırılmışdır.
Fom burnu
Fom burnu (rus. Мыс Фомы — Çukot Muxtar Dairəsi ərazisində, Vrangel adasının cənub-qərbin yerləşir. Blossom burnundan 20 km şimalda yerləşir. Tomas dağlarının dənizin içərilərinə girməsi ilə yaranmışdır. Burun 1867-ci ilin avqustunda Balina ovçusu Tomas Lonq burnu onu ilk dəfə görmüş matros Tomasın şərəfinə Cape Thomas adlandırmışdlr.. 1911-ci ildə Fom burnuna İvan Semyonoviç Serqeevin təşkil etdiyi ekspedisiya zamanı Tomas dağına Rusiya bayrağını sancırlar. Bu isə adanın Rusiyaya mənsubluğuna zəmin yaradır. Burunda yeraltı düşərgələr, taxta silahlar aşkarlanmışdır. Bu tapıntılar Onkilonlara mənsubluğu ehtimal edilir.. «Vrangel Adası» qoruğu.
Froloş burnu
Froloş burnu (bolq. нос Фролош, ‘Nos Frolosh’ \'nos 'fro-losh\) — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-şərqdə yerləşən burundur. Burun Qalata buxtasından şimalda yerləşmişdir. Burun qərbi Bolqarıstanda yerləşən Froloş şəhərinin adını daşıyır. Deliradev burnundan 1.93 km şimalda, Beyle burnundan 4.1 km cənub-şərqdə, Melçior adalarına daxil olan Lambda adasından 7 km qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978.
Frоuаrd burnu
Frоuаrd burnu (isp. Cabo Froward) — Bransuik yarımadasında Magellan boğazı sahilində yerləşir. Punta Arenasdan 100 km aralıda yerləşir. Cənubi Amerika materikinin ucqar cənub qutaracağında yerləşir. Çili ərazisində yerləşir. İngilis dilində Froward <əlverişsiz> mənasını bildirir. 1587-ci ilin yanvarında Tomas Kevendiş ərazidən keçərkən əlverişsiz iqlimi ilə rastlaşmışdır. Burunda xaç abidəsi (Cruz de los Mares) qoyulmuşdur. 1987-ci ildə Roma papası II İohann Pavel burunda hələ 1913-ci ildə layihələşdirilən xaç qoyulmasını ilə bağlı Çiliyə səfər edir. Burun qarşı tərəfində mayak fəaliyyət göstərir.
Gürgan burnu
Gürgan burnu — Abşeron yarımadasının şərqində, Abşeron körfəzi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Xəzər rayonu ərazisinə daxildir. Burun Qu adasından şimal-qərbdədir.
Hammer burnu
Hammer burnu — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən şimalda yerləşən qayalardan ibarət burundur. Burun Dreyk boğazından 1 km şimal-qərbdə yerləşmişdir. Burun Nevestino buxtasından isə cənub-qərbdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Burunun kim tərəfindən adlandırılması məlum deyil. Fort Vilyam burnundan 5.17 km şimal-şərqdə, Katarina burnundan 2.08 km cənub-qərbdə, Nevell burnundan 6.79 km şimal-qərbdə, Heyvuud adasından 2.24 km-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map.
Horn burnu
Horn burnu (nid. Kaap Hoorn, isp. Cabo de Hornos) — Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi]. Horun burnu anlayışı çox vaxt Cənubi Amerikanın cənub qurtaracağı kimi qəbul olunur. Horn burnu əslində Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi deyil. Horun burnundan 100 km cənub-qərbdə Dieqo-Ramires adaları yerləşir. Məhz bu adalar qitənin ən ucqar nöqtəsidir. Materikdə isə Bransuik yarımadasında olan Frоuаrd burnudur. Horn burnu Horn adasında yerləşir. Ərazini Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazının suları yuyur.
Hövsan burnu
Hövsan burnu — Abşeron yarımadasının cənubunda, Xəzər dənizi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə daxildir. Ərazisində yük terminalı vardır.
Jelaniya burnu
Jelaniya burnu — Şimal adasının şimal qutaracağına yaxın ərazidə yerləşir. Burun 1596-cı ildə Villem Barens tərəfindən adlandırılmışdır. Burada «Jelaniya burnu» (1931) adlı qütb stansiyası fəaliyyət göstərir. İkinci Dünya müharibəsi dönəmində stansiya alman su altı qayıqları tərəfindən atəşə tutulmuşdur. Burun 28 metr hündürlüyə malik bir ərazi olaraq adaya alçaq bir bərzəxlə birləşir. Şimal-qərbdən və cənub-şərq istiqamətdə burun uzaqdan adaya bənzəyir. Adanın üzəri bir platodur. Jelaniya burnundan Barens və Kara dənizləri arasındakı sərhəd başlayır. İlk dəfə buruna adı holland səyyahı Villem Barens 1596-cı ildə vermişdir. O, burunu "Arzu olunan" adlandırmışdır.

Значение слова в других словарях